Rus gəmiləri İngiltərəni qorxutdu – FOTOLAR

Rus gəmiləri İngiltərəni qorxutdu –  FOTOLAR
13:43 22 Oktyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Moskva ilə London arasında münasibətlər gərginləşib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Rusiya donanmasına məxsus hərbi gəmilərin Suriyada əməliyyatlara qatılmaq üçün Aralıq dənizindən keçərkən İngiltərə sahil sularına yaxın məsafədən üzməsi olub.

İngiltərənin Müdafiə Nazirliyi bəyan edib ki, ingilis sahil sularına yaxın məsafədən üzən gəmilər arasında Rusiyanın nəhəng “Amiral Kuznetsov” gəmisi də var.

İngiltərənin Müdafiə Nazirliyi təhlükəsizlik tədbirləri məqsədilə Rusiya hərbi gəmilərinin hər anını izləyəcəyini bəyan edib.

Rusiya gəmiləri La Manş boğazından keçərkən, onları Böyük Britaniya donanmasına aid olan “HMS Duncan” və “HMS Richmond” gəmiləri müşayiət edib.

Vasif Həsənli








Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR