Azərbaycanda "Avtoş"lar şəhər meydanını dağıtdılar (VİDEO)

Azərbaycanda "Avtoş"lar şəhər meydanını dağıtdılar (VİDEO)
16:41 5 Yanvar 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəlkə də Bakıdan sonra "avtoş"ların meydan suladığı ikinci şəhər Lənkərandır.

ANS PRESS-in avtosfer.az-a istinadən verdiyi məlumata görə, burada deyəsən elə bir toy karvanı yoxdur ki, orada "avtoş" sürücülər hoqqabazlıq etməsinlər.

Maraqlıdır ki, orada həmişə Dövlət Yol Polisinin əməkdaşları da olur. Lakin bəzən avtoxuliqanlar meydanı ələ keçirib. Onlar hoqqabazlıq edəndə yol polisləri gözə görünmür. İnsanların həyatını açıq-aşkar təhlükəyə atan bu sürücülərin cəzalanması mütləqdir.

Yol polisi də əhali arasında təbliğat işləri aparıb insanları bu cür əməllərdən çəkindirməlidir.

"Avtoş"ların şou göstərələrini əks etdirən videonu təqdim edirik. Konkret bu videoya gəlincə, sosial şəbəkədə nə vaxt yayıldığı məlum olmasa da, məlum olan budur ki, videonun üzərində "Elvir – 90 ET 733. Şəhriyarın toyu" yazılıb. Bu video köhnə olsa belə, Lənkəranda avtoxuliqanlarla bağlı artıq çoxsaylı videolardan biridir.

Görünür, Lənkəranda bu sahədə ciddi iş görülməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR