Xalq artistinin qızı: “Qardaşımı xilas edin”

Xalq artistinin qızı: “Qardaşımı xilas edin”
14:23 22 Oktyabr 2016
2456 Şou
Ölkə mətbuatı
A- A+

1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti hələ də ağır olaraq qalır. Bacısı onun müalicə xərclərini ödəyə bilmədiklərini bildirib.

Məmmədin bacısı Gülbəniz Zeynalova Publika.az-a açıqlamasında maddi dəstəyə ehtiyacları olduğunu deyib: “Özüm də utanıram, amma deməyə məcburam. Qardaşımın müalicə xərclərini artıq ödəyə bilmirəm, gücüm qalmayıb. Ona baxanda ürəyim ağrıyır. Vəziyyəti ürəkaçan deyil. Düzdür, nisbi dəyişiklik var, əlini tərpədir, reaksiya verir, amma böyrək də öz işini görür. Bu dəqiqə ona böyrək köçürülməsi də mümkün deyil. Çünki ağır xəstədir, əməliyyata girə bilməz. Donor tapılmalıdır, müayinələr olunmalıdır. Hazırda o, insultdan müalicə olunur. Amma böyrək əməliyyatı da nə vaxtsa mütləq olunmalıdır. Heydər Əliyev Fonduna müraciət edirəm, qardaşıma kömək istəyirəm. Gecə-gündüz xəstəxanadayam, onun bu halını görəndə ürəyim parçalanır”.

Onu da öyrəndik ki, M.Zeynalov üçün açılan bank hesabına bir manat da olsun pul göçürülməyib.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR