Fatih Terim baba oldu - fotolar

Fatih Terim baba oldu - fotolar
14:31 22 Oktyabr 2016
60 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə milli futbol yığmasının baş məşqçisi Fatih Terim baba olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onun qızı Buse Terim bir ay əvvəl getdiyi ABŞ-da övladını dünyaya gətirib. 2014-cü ildə Volkan Bahçekapılı ilə nikah masasına oturan Buse qızına Nil adını qoyub.

Körpəsinin ilk fotosunu paylaşan B.Tetim ilk analıq hisslərini də yazıb:

"Göz yaşlarımı xoşbəxtlikdən axıdan, sevgimi çoxaldan, anamın "Ana olanda başa düşərsən" sözlərini yadıma salan, atamın mənim üçün döyünən ürəyini xatırladan, cənnət qoxuyan, hər şeyi yeni başladacaq olan Nilim, körpəm..."






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR