İt 10 yaşlı uşağa hücum etdi

İt 10 yaşlı uşağa hücum etdi
14:52 22 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdamda 10 yaşlı uşağı it dişləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun "Alıbəyli 1" qəsəbəsində baş verib. Qəsəbə sakini Quliyev Sabit Ramil oğlu həyətlərindən küçəyə çıxarkən sahibsiz itin hücumuna məruz qalıb. Ailəsi xəsarət alan S.Quliyevi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan APA-ya verilən xəbərə görə, S.Quliyev müayinə olunub, ona quduzluq əleyhinə zərdab vurularaq ambulator müalicə üçün evə buraxılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR