Məşhur məşqçi Premyer Liqa yolunda

Məşhur məşqçi Premyer Liqa yolunda
15:17 22 Oktyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Dieqo Simeone "Atletiko"dan ayrıla bilər. Fanat.Az xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat yayıb.


Məlumatda bildirilir ki, 5 ildi "Atletiko"nu çalışdıran və 5 ildə adını klub tarixinə yazdıran argentinalı mütəxəssis İngiltərə Premyer Liqasında işləmək istəyir. İddiaya görə, o, bu arzusunu 2018-ci ildə reallaşdırmaq istəyir.


Belə ki, Simeone "Atletiko" ilə mövcud müqaviləsini 2020-ci ildən 2018-ci ilə endirib. Bu isə onun 2018-də klubu tərk edəcəyini deməyə əsas verir. "Mirror" iddia edir ki, argentinalı mütəxəssisin növbəti iş yeri Premyer Liqa klublarından biri olacan.


Qeyd edək ki, 46 yaşlı Simeonenin adı bundan əvvəl "Çelsi" ilə yanaşı çəkilmişdi.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mhur-mqci-premyer-liqa-yolunda-t53542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR