Gülağa Aslanlı: “Ağlı üstündə olan və müsavatçılıq irsinin daşıyıcısı olan insanların başqa partiyaya qoşulacağını güman etmirəm”

Gülağa Aslanlı: “Ağlı üstündə olan və müsavatçılıq irsinin daşıyıcısı olan insanların başqa partiyaya qoşulacağını güman etmirəm”
16:42 5 Yanvar 2015
481 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 16:36 ]

Bakı. Etibar Məmmədov - APA. “Müsavatdan ayrılan insanların yaratdığı partiyaların sonunu görmüşük”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun fikirlərinə münasibət bildirərkən deyib.

 

Qeyd edək ki, Q.İbadoğlu APA-ya açıqlamasında təsis etdiyi və Təşkilat Komitəsinin sədri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) partiyaya çevrilməsi məsələsinin nə vaxtsa gündəmə gələ biləcəyini vurğulayıb.  

 

G.Aslanlı isə qeyd edib ki, ADR-in partiyaya çevrilməsi hələ ki, deyilən fikirdir və bunun həyata keçirilməsi üçün kifayət qədər iş görülməlidir: "Qubad İbadoğlu və tərəfdarlarının hər hansı arzusu ola bilər, ancaq əsl müsavatçıların Müsavat Partiyasından gedərək hər hansı yeni yaranan partiyaya qoşulmasının sonu yaxşı olmayıb. Ağlı üstündə olan və müsavatçılıq irsinin daşıyıcısı olan insanların elə bir partiyaya qoşulacağını güman etmirəm. Müsavatdan ayrılan insanların yaratdığı partiyaların sonunu da görmüşük. Bundan nəticə çıxarmaq lazımdır”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR