Milli Məclisin deputatı rinqdə döyüşəcək

Milli Məclisin deputatı rinqdə döyüşəcək
17:13 22 Oktyabr 2016
145 İdman
Ölkə mətbuatı
A- A+

Oktyabrın 27-də Azərbaycan Kikboks Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev İtaliyada keçiriləcək dünya çempionatında rinqə çıxacaq.

Bu barədə Publika.az-a deputat A.Əliyev özü məlumat verib.

Oktyabrın 27-30-u tarixlərində İtaliyada kikboks üzrə həvəskar idmançılar arasında dünya çempionatının təşkil olunacağını vurğulayan A.Əliyev həmin yarışda Azərbaycanı təmsil edəcəyini söyləyib:

“Bu, peşəkar yarış deyil, həvəskar çempionat olacaq. İnşallah mən də ayın 27-də mən rinqə çıxacam. Rəqiblərimin kimlər olduğunu isə oktyabrın 25-də İtaliyaya səfərə yola düşəndən sonra biləcəm. Yarış həmyaşıdlar arasında keçiriləcək. Yəqin ki, mən də öz yaşıma uyğun veteran idmançılarla rinqə çıxacam. Təbii ki, rinqdə qalib gəlməyə çalışacam. Ancaq hər şeyi zaman göstərəcək. İndidən rəqiblərimin asan və ya güclü olduğunu demək mümkün deyil. Bu, həvəskar yarış olduğu üçün rəqibləri əvvəlcədən bilmək olmur”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR