Fərdanın "İmza günü"ndə nələr baş verdi? - FOTO

Fərdanın "İmza günü"ndə nələr baş verdi? - FOTO
17:42 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yumor ustası Fərda Xudaverdiyev sevənləri ilə görüşüb. 

Axşam.az-ın məlumatına görə, aktyorun "İmza günü"nə bir çox insan qatılıb. Fərda pərəstişkarlarına avtoqraf verib, onlarla şəkillər çəkdirib. 

Bir neçə gün əvvəl "Selfinaz" adlı stand-up-ı kinoteatrlarda nümayişə başlayan F.Xudaverdiyev sualları cavablandırıb. O, bu şou üzərində illərdir çalışdığını və çox maraqlı bir iş ərsəyə gətirdiyini söyləyib. 

Aktyor bildirib 70 dəqiqəlik "Selfinaz"ı izləyən dayanmadan güləcək. F.Xudaverdiyev daha sonra şounu pərəstişkarları ilə birlikdə kinoteatrda izləyib. 

Qeyd edək ki, "Selfinaz" şəhərin bütün kinoteatrlarında nümayiş olunur.

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR