Bu il Naxçıvanda orta məktəbi bitirən 1 737 məzun tələbə adını qazanıb

Bu il Naxçıvanda orta məktəbi bitirən 1 737 məzun tələbə adını qazanıb
17:42 22 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+
x

Bakı. 22 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində 3 800-dən artıq kompüter dəsti quraşdırılıb, hər 12 şagird bir dəst kompüterlə təmin olunub.
"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb.
Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən 2016-cı ilin məzunlarından 1 538-i ali təhsil müəssisələrinə qəbul olunub. Bu da sənəd verənlərin 62 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Bütövlükdə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1 737 məzun qəbul olub. Ali məktəblərə qəbul olan məzunların 338-i 500-700 arası bal toplayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/bu-il-naxcivanda-orta-mektebi-bitiren-1-737-mezun-telebe-adini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR