Dalaşan qonşuları ayırmaq istəyən qadın öldü - FOTO

Dalaşan qonşuları ayırmaq istəyən qadın öldü - FOTO
18:52 22 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda dalaşan qonşuları ayırmaq istəyən qadın ölüb.

"Report"un verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Kərgəlan kəndində baş verib.
Kənd sakini, 63 yaşlı Səfərova Ağabanı Balağa qızı həyat yoldaşı ilə qonşusunun məişət zəminində mübahisə etdiklərini, mübahisənin dalaşmaya çevrildiyini görərək, onları sakitləşdirmək məqsədilə araya girib. Nəticədə huşunu itirərək yerə yıxılıb. 

Yaxınlarının dediyinə görə, A.Səfərova ürək tutmasından dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
Fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR