Lənkəranda dalaşan qonşuları ayırmaq istədi, keçindi

Lənkəranda dalaşan qonşuları ayırmaq istədi, keçindi
19:17 22 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda dalaşan qonşuları ayırmaq istəyən qadın ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Lənkəran rayonunun Kərgəlan kəndində baş verib.
Kənd sakini 63 yaşlı Səfərova Ağabanı Balağa qızı həyat yoldaşı ilə qonşusunun məişət zəminində mübahisə etdiklərini, mübahisənin dalaşmaya çevrildiyini görərək, onları sakitləşdirmək məqsədilə araya girib. Nəticədə huşunu itirərək yerə yıxılıb.
Yaxınlarının dediyinə görə, A.Səfərova ürək tutmasından dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
Fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR