Aşıq Ədalətin ayaqları tutuldu

Aşıq Ədalətin ayaqları tutuldu
19:37 22 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış aşığı Ədalət Nəsibovun səhhəti ağırlaşıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aşığın ayaqları tutulub. Nəsibov özü bununla bağlı açıqlama verib:

"Səhhətim yaxşı deyil, müalicə olunuram. Dizlərim, oynaqlarım tutulub. Həmişə bu vaxt belə problemlərim olur. Yəqin ki, bir neçə günlük müalicədən sonra başım da düzələcək, ayaqlarım da. Yeriyə bilmirəm, ancaq ehtiyac olanda yeriməyə məcburam".

Xatırladaq ki, Aşıq Ədalət 1939-cu ildə Qazaxda anadan olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR