Gəncədə qadını maşın vurub

Gəncədə qadını maşın vurub
19:37 22 Oktyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin yeni Gəncə qəsəbəsi ərazisində, 28 May küçəsində qeydə alınıb. Yolu keçmək istəyən şəhər sakini Dilbər Abdullayeva avtomobillə vurulub. Qəzanı törədən sürücü xəsarət alan qadını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR