Gəncənin iki sakini bıçaqlanıb

Gəncənin iki sakini bıçaqlanıb
20:17 22 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Gəncədə bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü Rüstəmov Abdulla Vəli oğlu və həmyaşıdı Kərimov Şakir Zakir oğlu Gəncə şəhər Nigar Rəfibəyli küçəsində bıçaqlanıblar.
Onların kim tərəfindən bıçaqlandıqları məlum deyil. Hər iki şəxsin mübahisə zamanı xəsarət aldıqları bildirilir.
Məlumata görə, Abdulla Rüstəmov qarın nahiyəsindən, Şakir Kərimov isə qabırğasından isə bıçaq zərbəsi alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.  

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gencenin-iki-sakini-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR