Aşıq Ədalətin səhhəti pisləşdi

Aşıq Ədalətin səhhəti pisləşdi
21:01 22 Oktyabr 2016
166 Şou
Ölkə mətbuatı
A- A+

“Aşıq Ədalət ağır vəziyyətdədir

Azərbaycanın tanınmış aşığı Ədalət Nəsibovun səhhəti ağırlaşıb.

Axşam.az-ın ölkə.az-a istinadən məlumatına görə, musiqiçinin ayaqları tutulub.

77 yaşlı aşıq özü bununla bağlı açıqlama verib:

“Səhhətim yaxşı deyil, müalicə olunuram. Dizlərim, oynaqlarım tutulub. Həmişə bu vaxt belə problemlərim olur. Yəqin ki, bir neçə günlük müalicədən sonra başım da düzələcək, ayaqlarım da. Yeriyə bilmirəm, ancaq ehtiyac olanda yeriməyə məcburam”.

Xatırladaq ki, Aşıq Ədalət 1939-cu ildə Qazaxda anadan olub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR