İsrail çempionu Bakıda darmadağın edildi

İsrail çempionu Bakıda darmadağın edildi
21:05 22 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçulardan ibarət Bakı klubları yeni mövsüm üçün təlim-məşq toplanışını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Azərreyl" və "Telekom"dan fərqli, avrokuboka qatılmayacaq "Azəryol" Azərbaycan Super Liqasına hazırlaşır.
 
Eldar Yusubovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışı çərçivəsində yoxlama matçları da keçirir. Həftənin əvvəlində İsrailin "Makkabi" klubu ilə qarşılaşaraq, 2:3 hesabı ilə uduzan "Azəryol" ikinci oyununda rəqibindən revanş alıb.
 
Çempionlar Liqasına Bakıda hazırlaşan Hayfa klubu təmsilçimizlə oyunda darmadağın olub. 1 oyunçu istisna olmaqla, yerli gənc voleybolçulardan təşkil edilən "Azəryol" İsrail çempionuna set vermədən qalib gəlib - 3:0.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR