Hansı vitamin çatışmazlığı hansı xəstəliyə yol açır?

Hansı vitamin çatışmazlığı hansı xəstəliyə yol açır?
21:17 22 Oktyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

C vitamini çatışmazlığı orqanizmdə kollagen quruluşda pozuntulara yol açır: C vitamininin bədənimiz üçün əhəmiyyətli bir antioksidant olduğunu qeyd edən mütəxəssislər, bu vitaminin yaşıl bibər, çiyələk, cəfəri, yaşıl tərəvəzlər, portağal kimi tərəvəz və meyvələrdə tapıldığını söylədilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sümük əriməsinin başlıca səbəbi D vitamini çatışmazlığıdır: Mütəxəssislər D vitamininin ən mühüm mənbəyinin günəş şüaları olduğunu və bu şüalar sayəsində bədənimizdə bu vitaminin yarandığını bildiriblər. D vitamini çatışmazlığında yaşlılarda sümük əriməsi, uşaqlarda isə böyümə pozuntuları görüldüyünü söylədilər.
Göz quruluğu A vitamininin çatışmazlığının əlamətidir: A vitamini çatışmazlığının göz quruluğuna səbəb olduğunu açıqlayan tədqiqatçılar, narahatlığın irəliləməsinin korluğa səbəb ola biləcəyini bildirib. Diş və sümük quruluşunun qorunmasında təsirli olan A vitamininin yerkökü kimi sarı və narıncı rəngli tərəvəzlərdə bol miqdarda olduğu bildirilir.
 
Hüceyrələrin təbii qoruyucusu: E vitamini: Antioksidant xüsusiyyəti sayəsində xərçəng daxil olmaqla bir çox xəstəliyə qarşı təbii qoruyucu vəzifəsini icra edən E vitamini təbii bitki yağlarında, badam, qoz və günəbaxan kimi ərzaqlarda bol miqdarda mövcuddur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR