Bakıda aldığı mənzilə köçə bilmir - VİDEO

Bakıda aldığı mənzilə köçə bilmir - VİDEO
21:22 22 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Barter üsulu ilə ev aldı, amma köçüb yaşıya bilmir.

Bakı sakini Xaliq Məmmədov başına qeyri-adi bir hadisə gəlib. Tikinti şirkətlərinin birinə verdiyi avadanlıq əvəzində ev alıb. Hətta evi aldığına dair müqaviləsi və heç bir borcu olmadığına görə maliyyə sənədi var. Amma buna baxmayaraq 3 ildir ki, ona evinin açarları verilmir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Xaliq Məmmədovun sözlərinə görə, tikinti şirkətinin ona evin açarlarını verməməyinə səbəb komunal xidmətlərə görə tələb etdikləri puldur.

Mütəxəssislər sayğaclara görə ev sahibinə açarların verilməməsini qanuna uyğun olmadığını bildirirlər. Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, tikinti şirkətlərinin ev sahibindən sayğacların quraşdırılması ilə bağlı pul tələb etməsi qanunsuzdur.

Hüquqşünans Xəyal Bəşirovun sözlərinə görə, bununla bağlı ev sahibi həmin tikinti şirkətini məhkəməyə verib hüquqlarını tələb edə bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR