Aşura günü maşın oğurlayanlar narkoman çıxdı - FOTO

Aşura günü maşın oğurlayanlar narkoman çıxdı - FOTO
21:47 22 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Aşura mərasimi günü İmamzadə Dini Kompleksi ərazisindən avtomobil qaçıran şəxslər saxlanılıb.

Milli.Az ARB Kəpəz-ə istinadən  xəbər verir ki, oktyabrın 12-də keçrilən Aşura günü münasibətilə Goranboy rayon sakini İlkin Məmmədov ailə üzvüləri ilə dini mərasimdə iştirak etmək üçün İmamzadə Dini Kompleksinə gəlib. Avtomobilini komplesin əraizisndə park edən zərəçəkmiş geri qayıdarkən nəqliyyat vasitəsinin orada olmadığını görüb. Dərhal polisə müraciət edən İlkin Məmmədov ona məxsus "VAZ 21011" markalı nəqliyyat vasitəsinin qaçırıldığını bildirib.

Polisin araşdırması zamanı məlum olub ki, avtomobil şəhər sakini Mehman Həsənov tərəfindən talama məqsədilə oğurlanıb. Aparılan istintaq zamanı "VAZ"-ın Mehman Həsənov tərəfindən Natavan qəsəbəsində hissələrə bölünərək Anar Həsənova satılmasıda müyyən edilib.

Uzun illərdir ki, narkotik asıllıqdan əziyyətə çəkən Mehman Həsənov Aşura mərasiminə avtomobil qaçırmaq məqsədilə gəlmədiyini bildirsədə, həyətyanı sahəsində aşkar olunan çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Mehman Həsənov - saxlanılan şəxs: "Əkmişdim həyətimdə özüm üçün. Başım qarşıq oldu neçə kollar inkşaf edib heç özümündə xəbərim yoxdur. Ehtiraf edirəm ki, özüm çəkmək üçün əkmişəm"

Oğurlanan "VAZ" ehtiyat hissələrini qonşusundan alan Anar Həsənov isə avtomobilin Mehman Həsənova məxsus olduğunu iddia edir. Narkotik vasitələri əkib becərilməsinə gəlincə saxlanıaln şəxs bunu satış məqsədilə etmədiyini söyləyib.

Anar Həsənov - saxlanılan şəxs: "Dedi almışam maşını gətirdi qapıma qoyub çıxdı getdi, başqa mən heçnə bilmirəm. Narkotikidə özüm əkirəm özümdə çəkirəm. 20 ildir tutulmuram özüm üçün çəkirəm"

Əvvələr məhkum olunan hər iki şəxs barəsində Cinayət Məcəlləsini oğurluq və narkotik vasitələrin qanunsuz dövrüyyəsi maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR