Niyyət etmək bidətdirmi?

Niyyət etmək bidətdirmi?
21:57 22 Oktyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Niyyət etmək bidət deyil, sadəcə niyyəti dil ilə tələffüz etmək bidətdir. İslama görə niyyətin yeri qəlbdir. Ümumiyyətlə, niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Məqsəd varsa, artıq niyyət də var. Məsələn, səhər sübh namazı qılmaq məqsədilə yerinizdən durub dəstəmaz alırsınızsa, deməli, sübh namazı qılmağa artıq niyyət etmisiniz. Yəni, dil ilə deməyə ehtiyac yoxdur. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) belə buyurub: "Bütün əməllər ancaq niyyətlərə görədir. Hər bir insan niyyət etdiyini əldə edir". (əl-Buxari, 1). Nə Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun), nə də onun səhabələri (Allah onlardan razı olsun) niyyəti dil ilə deməmişlər. Bu barədə heç bir Quran ayəsi və ya səhih hədis yoxdur. Dinimizə görə niyyətin yeri qəlb, onu dil ilə tələffüz etmək isə bidətdir (dində yenilik).

Milli.Az zikr.az-a istinadən bildirir ki, niyyəti dilə gətirmək Peyğəmbərdən sonra dinə gətirilən yenilikdir. Buna dində bidət deyilir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Kim bizim bu dinimizə onda olmayan bir şeyi icad edərsə, o qəbul olunmayacaq". (əl-Buxari, 2697).
İslam alimləri deyirlər: "Qüsl, təyəmmüm, namaz, oruc, zəkat və s. ibadətlərə niyyət edərkən, dil ilə tələffüzün olmamasında mötəbər islam alimləri ittifaq etmişlər, hətta onların ittifaqına görə niyyətin yeri qəlbdir. Peyğəmbər, nə də müsəlmanlardan heç kəs buyurmayıb ki, niyyəti dil ilə tələffüz edin. Əgər bu şəriətlə icazəli olsaydı, Peyğəmbərimiz onu əsla unutmazdı. Hətta niyyəti dil ilə tələffüz etmək ağla və dinə də bir nöqsandır. Belə ki, dində bu bidətdir (yenilikdir), əqli cəhətdən isə bu bir kəsin yemək yemək istəyinə bənzəyir və o deyir: Niyyət edirəm ki, əllərimi bu qaba salım bu tikəni götürüm və onu ağzıma qoyuram ki, onu çeyniyim, sonra uduram ki doyum. Kim belə bir şey edərsə, onun ədəbləndirilməsi və bidəti etiqad etməkdən çəkindirilməsi gərəkdir". (əl-Fətava əl-Kubra kitabı, 1/214-215).
Niyyət dil tələffüz etmək yalnız həcc və ümrə ziyarətlərində isə icazəlidir. Bu da səhih rəvayətlərlə öz təsdiqini tapıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR