İraq: Türkiyənin yardımına ehtiyacımız yoxdur

İraq: Türkiyənin yardımına ehtiyacımız yoxdur
22:42 22 Oktyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın baş naziri Mosul şəhərini İslam Dövləti adlandırılan qruplaşmanın əlindən almaq uğrunda aparılan əməliyyatda Türkiyənin köməyinə ehtiyac olmadığını deyib.
Milli.Az BBC-yə istinadən bildirir ki, gözlənilmədən İraqa baş çəkən ABŞ müdafiə naziri Ash Carter-lə görüşən Heydər əl-Abadi deyib ki, İraq kənardan yardım olmadan Mosul əməliyyatının öhdəsindən gəlməyə qadirdir.
"Türklərin qatılmaq istədiyini bilirəm. Onlara minnətdaram. Amma, bu İraqlıların öhdəsindən gələ biləcək bir işdir. Əgər lazım gələrsə, Türkiyə və digər bölgə ölkələrindən kömək istəyərik".
Həmçinin oxu:Türkiyə İraq torpağında nə edir?
İraqın şimalında yerləşən yüzlərlə türk hərbçisi yerli sünni müsəlmanlara təlim keçirirlər. Bu İraqla Türkiyə arasında əlaqələrin gərginləşməsinə səbəb olub.
Ankara ehtiyat edir ki, Mosulun azad olunması ona rəqib şiə və PKK ilə əlaqəli kürd qüvvələrinin mövqelərini möhkəmləndirə bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR