London və Parisdə Suriya müharibəsi əleyhinə mitinqlər keçirilib

London və Parisdə Suriya müharibəsi əleyhinə mitinqlər keçirilib
00:02 23 Oktyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Britaniyanın paytaxtı Lononda Suriyada müharibənin dayandırılması tələbilə mitinq keçirilib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, dövlət idarələrinin yerləşdiyi Uaytholl küçəsində keçirilən aksiyada bir neçə yüz nəfər iştirak edib.
Aksiyaçılar qanlı konfliktin aradan qaldırılması üçün təcili tədbirlərin görülməsini tələb ediblər. Mitinq iştiraskçıları Suriyada uşaqların əziyyət çəkdiklərini vurğulayıblar və Britaniya hökumətinin Suriyadan olan uşaqlara sığınacaq verilməsi qərarını alqışlayıblar.
"Anadolu" agentliyinin xəbərinə görə isə, Fransanın paytaxtı Parisdə də Suriya müharibəsi əleyhinə aksiya keçirilib. Akiyada Bəşər Əsəd və Rusiya əleyhinə tələblərini irəli sürüblər. 
Etirazçılar "Müstəqil Suriya", "Günahkar Əsəd və Rusiya" şüarlarını səsləndiriblər.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR