İŞİD zavodu yandırdı, 1000-ə yaxın insan zəhərləndi

İŞİD zavodu yandırdı, 1000-ə yaxın insan zəhərləndi
01:33 23 Oktyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması silahlılarının Mosul şəhəri yaxınlığında yerləşən kükürd zavodunu yandırmaları səbəbindən 2 nəfər toksik qazdan zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.

Məlumata görə, zavodun yandırılması zamanı 1000-ə yaxın insan qazla zəhərlənmə səbəbindən tibbi yardım üçün xəstəxanalara müraciət ediblər.

Qeyd edək ki, bir qədər əvvəl İraq generallarından biri hadisə zamanı heç kimin ölmədiyini bildirmişdi. ABŞ hərbçiləri İŞİD terror qruplaşmasının kükürd zavodunu İraq ordusunun Qayara şəhərindən çıxarılması üçün yandırdığını bildiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR