“Əli və Nino”nun Gürcüstanda premyerası oldu

“Əli və Nino”nun Gürcüstanda premyerası oldu
02:16 23 Oktyabr 2016
60 Şou
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Əli və Nino" bədii filminin gürcü dilində versiyasının premyerası olub.

Axşam.az “Report”a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze və ictimaiyyət nümayəndələri iştirak ediblər.

M.Georqadza deyib ki, bu filmin çəkilişi və gürcü dilinə tərcümə olunması, iki qonşu və qardaş Azərbaycan və gürcü xalqları arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır:

“Çox şadam ki, bu film gürcü dilinə tərcümə olunub və Tbilisidə tamaşaçılara təqdim olunur. Film ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında yeni səhifə açacaq”.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn bildirib ki, bu əsər Azərbaycan ilə Gürcüstanı birləşdirən qırmızı körpüdür:

“İnanıram ki, bu film iki dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq”.

Qeyd edək ki, Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbətindən bəhs edir.

Ekran əsəri 2015-ci ildə çəkilib. Çəkilişlər Bakıda tarixi İçərişəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustanda, Qubanın Xınalıq kəndində və başqa yerlərdə aparılıb.

Filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi isə "Akademi Avard" mükafatı laureatı Kristofer Hemptondur.

Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar çəkiliblər.

Ekran işi oktyabrın 23-dən etibarən Gürcüstanın bütün bölgələrində nümayiş etdiriləcək.






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR