Astarada 5 otaqlı ev yandı

Astarada  5 otaqlı ev yandı
05:29 23 Oktyabr 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Astarada yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 260 m² olan ikimərtəbəli 5 otaqlı evdə baş verib. Yanğın nəticəsində evin 2-ci mərtəbəsində yerləşən mətbəxdə 1 ədəd paltaryuyan maşın, 1 m² sahədə mətbəx mebeli və aspirator yanıb. Yüksək temperaturdan 1 ədəd qaz sobası deformasiyaya uğrayıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR