Marneulidəki təkrar səsvermədə hər iki namizəd II tura adladı

Marneulidəki təkrar səsvermədə hər iki namizəd II tura adladı
07:39 23 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Marneulidəki 36-cı dairənin Qızılhacılı kəndindəki 48 saylı seçki məntəqəsində seçkilər başa çatdıqdan sonra bülletenlər sayılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təkrar səsvermədə “Vahid Milli Hərəkat” partiyası tərəfindən irəli sürülən deputatlığa namizəd Əhməd İmamquliyev 378 səs əldə edib. “Gürcü Arzusu” tərəfindən irəli sürülən digər namizəd Tamaz Naveriani isə 307 səs toplayıb.

 

48 saylı seçki məntəqəsində cəmi 53,3% seçici səs verib. Zuqdididəki təkrar səsvermə zamanı isə üç məntəqədə 51,6% seçici səsvermədə iştirak edib.

 

Əhməd İmamquliyev jurnalistlərə açıqlamasında ikinci turda iştirak edəcəyini bildirib.

Qeyd edək ki, təkrar seçkidə iştirak edən və baryeri aşa bilməyən deputatlığa namizədlər oktyabrın 30-da parlament seçkilərində iştirak etmək üçün ikinci tura qatılacaqlar.

 

Xatırladaq ki, 48 saylı Qızılhacılı kənd seçki məntəqəsində 1436 seçici qeydiyyatda olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR