Meksikada cinayətkar qrup bir qəsəbəni talan edib

Meksikada cinayətkar qrup bir qəsəbəni talan edib
07:52 23 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Meksikada cinayətkar qrup qəsəbəni qəsb edərək onu bir neçə saat ərzində talayıblar.
"Report"un məlumatına görə, bu barədə "Excelsior" portalı xəbər yayıb.
Portalın məlumatında bildirilir ki, hadisə İdalqo ştatı ərazisində baş verib. Belə ki, 20-ə yaxın quldur San-Xuaniko qəsəbəsini tutublar. İlkin məlumata görə, onlar əvvəlcə körpünü dağıdaraq qəsəbənin ətraf aləmlə əlaqəsini kəsiblər.
Sonra cinayətkarlar sakinləri qorxutmaq üçün havaya atəş açıblar. Bu səbəbdən də sakinlər qaçmağa və gizlənməyə başlayıblar.
Quldurlar daha sonra bir neçə evi talayıblar və xeyli sayda iri buynuzlu mal-qaranı oğurlayıblar. Hakimiyyət orqanları bu cinayətdən yalnız sakinlər məlumat verdikdə xəbər tutublar.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/meksikada-cinayetkar-qrup-qesebeni-qesb-ederek-onu-talayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR