Rusiyada partlayış: 3 ölü, 10 yaralı

Rusiyada partlayış: 3 ölü, 10 yaralı
09:05 23 Oktyabr 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ryazan şəhərində oktyabrın 22-dən 23-nə keçən gecə yaşayış binasında qazın partlaması nəticəsində 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla 04.36-da (Bakı vaxtı ilə 05.36-da) Birinci Osenni küçəsində yerləşən yaşayış binasında baş verib. Məlumata görə, güclü partlayış nəticəsində binanın iki mərtəbəsi uçub. Hadisə nəticəsində biri uşaq olmaqla 10 nəfər xəsarət alıb.  

Hadisə yerində xilasetmə işləri davam edir.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR