Erməni silahlı bölmələri atəşkəsi 16 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəsi 16 dəfə pozub
09:22 23 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.
"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Şuraabad, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR