Şahin Diniyev: “Bizim üçün 6 xallıq oyun olacaq”

Şahin Diniyev: “Bizim üçün 6 xallıq oyun olacaq”
09:27 23 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+


Topaz Premyer Liqasının IX turunda “İnter”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını başa vurub. Fanat.Az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutacaq matç ərəfəsində “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib: 


“İnter”lə oyunumuz həmişə çətin alınıb. Rəqib yüksək səviyyəli futbolçulardan qurulmuş heyətə malikdir. Onlara qarşı oynamaq hamı üçün çətindir. Liderlərdən uzaqlaşmamaq üçün bu oyunda uğur qazanmalıyıq. Oyunun mahiyyəti bəllidir. Mən deyərdim ki, bizim üçün 6 xallıq oyun olacaq. Çox çalışmalıyıq, heyətlə də bağlı problemlərimiz var. Əsas heyətin üç üzvü oynamayacaq. Heyəti kasad olan komanda üçün böyük itkidir. Əvəzedicilərdən üç oyunçu dəvət edəcəyik. Amma bu amil bizim üçün səbəb olmamalıdır”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ahin-diniyev-bizim-ucun-6-xallq-oyun-olacaq-t53551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR