Satmaq üçün Bakıya gətirmək istədiyi maşın yolda alışdı

Satmaq üçün Bakıya gətirmək istədiyi maşın yolda alışdı
10:05 23 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə minik avtomobili yanıb.

APA-nın məlumatına görə, bu gün saat 05:20 radələrində Şəki şəhər sakini Orxan Yunus oğlu İdrisov idarə etdiyi "BMW" markalı "99 HD 126" dövlət nömrə nişanlı avtomobillə Şəki-Oğuz avtomobil yolunun 15-ci kilometrliyində hərəkətdə olarkən maşın anidən yanmağa başlayıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq maşın yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

FHN-nin Şəki rayon DYMH-dən verilən məlumata görə, O.İdrisov idarə etdiyi avtomobilini satmaq məqsədi ilə Bakıya gedirmiş. Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/482235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR