Mosulun üzərini qara tüstü alıb - Şəhərə zəhərli maddələr yayılır - FOTO

Mosulun üzərini qara tüstü alıb - Şəhərə zəhərli maddələr yayılır - FOTO
10:37 23 Oktyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçuları Mosul yaxınlığında yerləşən kükürd zavodunu atəşə tutublar.

Qafqazinfo Reuters agentliyinə istinadən xəbər verir ki, nəticədə Mosul üzərini ağ natrium tüstüsü bürüyüb. Bundan başqa, onlar öz sıralarını gizlətmək məqsədilə neft quyularına da od vurublar. İŞİD-in əlində olan şəhərdə qalın qara duman yaranıb.

Mosul xəstəxanasının direktoru Əbdül Salam Yabbourinin sözlərinə görə, həkimlərə ən çox yerli əhali müraciət edir, onların arasında daha çox uşaqlar və qadınlar var. Zərərçəkənlərə oksigen maskaları təklif olunur: "O qədər müraciət edən var ki, demək olar, maskalarımız qurtarıb".

Şəhərdə külək müşahidə olunduğundan tüstü cənub istiqamətində hərəkət edir və zəhərli maddələr yayılır.

Şahidlər qeyd edir ki, bəzi şəhər sakinləri xəstəxanalara müraciət etməyə macal tapmamış zəhərlənirlər və boğulurlar.

Daha öncə yayılan xəbərə görə, Mosul ətrafında əczaçılıq zavodu da yandırılmışdı.

Qeyd edək ki, Mosul əməliyyatında İraq ordusu, İraq Kürd Regional Rəhbərliyinin (IKBY) silahlı gücü olan Peşmərgə qoşunları, ABŞ və Fransa qüvvələri iştirak edir.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR