"Bizim üçün 6 xallıq oyun olacaq"

"Bizim üçün 6 xallıq oyun olacaq"
11:12 23 Oktyabr 2016
17 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqanın IX turunda "İnter"i qəbul edəcək "Kəpəz"  oyunun hazırlıqlarını başa vurub. 
Milli.Az-ın məlumatına görə, komandanın baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına matçla bağlı açıqlama verib: 

"Həmişə "İnter"lə oyunumuz çətin alınıb. Rəqib yüksək səviyyəli futbolçulardan qurulmuş heyətə malikdir. Onlara qarşı oynamaq hamı üçün çətindir. Liderlərdən uzaqlaşmamaq üçün sabahkı oyunda uğur qazanmalıyıq. Oyunun mahiyyəti bəllidir. Mən deyərdim ki, bizim üçün 6 xallıq oyun olacaq. Çox çalışmalıyıq, heyətlə də bağlı problemlərimiz var. Əsas heyətin üç üzvü oynamayacaq. Heyəti kasad olan komanda üçün böyük itkidir. Əvəzedicilərdən üç oyunçu dəvət edəcəyik. Amma bu amil bizim üçün səbəb olmamalıdır".
Qeyd edək ki, bu gün Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 14:30-da başlayacaq.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR