Cerrard "LA Galaxy" ilə yollarını ayırdı

Cerrard "LA Galaxy" ilə yollarını ayırdı
11:42 23 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Stiven Cerrard "LA Galaxy" ilə müqaviləsini yeniləməyəcək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi İnstaqram səhifəsində bu barədə məlumat verib.

"Los-Ancelesdə yaşamaq və gözəl azarkeşlərin önündə futbol oynamaq mənim üçün şərəf idi. Sizin sayənizdə özümü evdəki kimi hiss edirdim. Bu şəhər və klub qəlbimdə həmişəlik qalacaq. Çox sağolun".

Cerrard 2015-ci ilin qışında "Liverpul"dan MLS klubuna keçmişdi. Onun yenidən "qırmızılar"a dönüşü müzakirə mövzusuna çevrilməkdədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR