Baş konsul: "Qazaxıstanlı turistlər üçün daha çox Naftalan və Duzdağ kurortları cəlbedicidir"

Baş konsul: "Qazaxıstanlı turistlər üçün daha çox Naftalan və Duzdağ kurortları cəlbedicidir"
11:47 23 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Bu gün Azərbaycan turizm üçün cəlbedici ölkədir. Buna onun iki böyük mədəniyyətin - Avropa və Asiyanın qovşağında yerləşməsi şərait yaradır".
"Report" xəbər verir ki, bu sözləri Qazaxıstanın Aktau şəhərində respublikamızın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycanın baş konsulu Elxan Zeynalov deyib.
O qeyd edib ki, bu gün Qazaxıstan vətəndaşları tərəfindən Azərbaycanın turizm yerlərinə səfər etmək meyilləri artmaqdadır. Baş konsulun sözlərinə görə, onlar üçün Naftalan və Duzdağ kimi müalicəvi kurort yerləri daha cəlbedicidir.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/bas-konsul-qazaxistandan-azerbaycana-turist-axini-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR