Ova gedən Astara sakini özü "şikara" çevrildi

Ova gedən Astara sakini özü "şikara" çevrildi
11:52 23 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Astarada güllələnmə hadisəsi baş verib.

Milli.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə rayonun Kakalos kəndi ərazisində qeydə alınıb.

Ova gedən kənd sakini, 57 yaşlı Sadir Həbib oğlu Rəhimovun meyiti yaxınları tərəfindən evlərinə yaxın ərazidə aşkarlanıb. Dərhal hadisə barədə rayonun hüquq-mühafizə orqanları məlumatlandırılıb. S.Rəhimovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. İlkin müayinə zamanı mərhumun döş qəfəsinin yuxarı 1/3 hissəsində odlu silah yarası olduğu təsdiqini tapıb.

İlkin versiyaya görə, S.Rəhimovun ölümünə odlu silahla ehtiyatsız davranması səbəb olub. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR