Naxçıvan-Məşhəd dəmir yolu hazırdır

Naxçıvan-Məşhəd dəmir yolu hazırdır
12:08 23 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

İran ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlığı ötən iki ildə qarşılıqlı əlaqələrin əsas hissəsini özündə ehtiva edən önəmli sahələrdir.

Publika.az xəbər verir ki, bu fikri İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım mətbuata açıqlamasında deyib.

Baş konsul Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduğunu bildirib. O əlavə edib ki, İran tərəfinin hazır olması ilə İran və Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmir yolunun açılış mərasimi keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR