Bu gecə PKK terror təşkilatı Türkiyədə növbəti dəfə terror aktı törədib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Bingöl vilayətinin Genc rayonunda terrorçular inzibati binanın yaxınlığında yerləşdirdikləri avtomobili partladıb. Yaxınlıqdan polis maşını keçərkən uzaqdan idarə edilən qurğunun işə salınması və partladılması nəticəsində 1 polis şəhid olub, daha 20 nəfər isə yaralanıb. Yaralılardan 6-sı polis, 14-ü isə mülki şəxslərdir.
Hadisə nəticəsində ətrafdakı evlərə və iş yerlərinə də xeyli ziyan dəyib. Bölgədə anti-terror əməliyyatına start verilib.