Bakıya yağış, rayonlara qar yağacaq - HAVA PROQNOZU

Bakıya yağış, rayonlara qar yağacaq - HAVA PROQNOZU
12:59 23 Oktyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 24-də gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, həftənin ilk iş günündə Bakıda və Abşeron yarımadasında arabir  yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti,

Bakıda gecə  7-9° isti, gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan artıq 770 mm civə sütunundan, 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət   85-95 % təşkil edəcək.

 

 

Oktyabrın 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 9-11 ° isti təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR