"PKK-nın sığındığı ölkə İraqdır"

"PKK-nın sığındığı ölkə İraqdır"
13:12 23 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Ölkəmizin başını ağrıdan PKK terror təşkilatının sığındığı ölkə İraqdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Bineli Yıldırım deyib.
O bildirib ki, illərdir mülki insanların həyatına qəsd edən, təhlükəsizlik qüvvələrinin əməkdaşlarını şəhid edən PKK terror qruplaşması İraqa sığınır.

İraq rəhbərliyinin ünvanına bir sıra mesajlar göndərən baş nazir rəsmi Bağdadı ölkə ərazisindəki terror təşkilatlarının qarşısını ala bilməməkdə ittiham edib. İŞİD-in sərhədlərdən uzaqlaşdırıldığını deyən Bineli Yıldırım bunun İraqda da təkrarlanacağını gizlətməyib.

"Türkiyənin ərazi bütövlüyünü təhdid edən, vətəndaşları üçün təhlükə olan istər PKK, PYD, YPG olsun, istərsə də İŞİD, onlara qarşı mübarizədə nə lazımdırsa heç kimdən izacə, izn almağa ehtiyacımız yoxdur", - deyə baş nazir PKK terror qruplaşması silahlılarının İraqın şimalında gizləndiklərini vurğulayıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR