Hadisə Bakıya gələcək - VİDEO

Hadisə Bakıya gələcək - VİDEO
14:47 23 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi Hadisə yenidən Bakının qonağı olacaq. 
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, müğənni bu haqda münsiflər kürsüsündə oturduğu "O səs Türkiyə" proqramına məlumat verib. 

Azərbaycanlı iştirakçı Zülfü Əsədovu onu seçməsi üçün razı salmağa çalışan müğənni deyib: "Yeni il gecəsi Bakıda konsert proqramı ilə çıxış edəcəyəm. Əgər məni seçsən, səninlə birlikdə gedib, Türkiyəyə birlikdə dönərik. Hətta konsertdə mənimlə birlikdə çıxış edərsən". 

Qeyd edək ki, azərbaycanlı iştirakçı Hadisənin təklifini qəbul etməyib. O, Hakan-Gökhan qardaşlarını seçib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR