Fransada miqrantlarla polis arasında QARŞIDURMA

Fransada miqrantlarla polis arasında QARŞIDURMA
15:37 23 Oktyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Pa-de-Kale əyalətində yerləşən qaçqın düşərgəsində polislə miqrantlar arasında qarşıdurma baş verib.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat "BBC"-də yer alıb. 

Məlumata görə, qarşıdurma dünən gecə baş verib. 50 nəfərə yaxın miqrant polisə daşlarla hücum edib. Polis isə, öz növbəsində, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə etməyə məcbur olub. 

Verilən məlumatlara görə, bazar ertəsi miqrant düşərgəsinin söküləcəyi gözlənilir. Bir çox xeyriyyə cəmiyyətləri bildirib ki, 2 minə yaxın miqrant düşərgəni tərk etməkdən imtina edir və onlar hələ də Böyük Britaniyaya keçməyə ümüd edirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR