Paytaxtın Nəsimi rayonunda yol qəzası baş verib

Paytaxtın Nəsimi rayonunda yol qəzası baş verib
15:52 23 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda, 4-cü mikrorayonun "4-ün kruqu" adlanan ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, qəza Zərifə Əliyeva adına Göz Klinikası istiqamətindən Memar Əcəmi metrostansiyasına doğru hərəkətdə olan "99-BS-479" dövlət qeydiyyat nişanlı "Opel" marakalı maşınla yolun əks istiqameti ilə gələn "90-EM-250" nömrəli "Mercedes-E240" marakalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb. Hadisə nəticəsində "Opel"in sürücüsü Nizami Əliyev baş nahiyəsində yüngül xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə gələnədək dairədə sıxlıq yaranıb.
Qeyd edək ki, bu, son 1 ay ərzində həmin yolda baş verən sayca 8-ci yol-nəqliyyat hadisəsidir.
Faktla bağlı araşdırma aparılır.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR