Hadisə Yeni ili Bakıda keçirəcək - VİDEO

Hadisə Yeni ili Bakıda keçirəcək - VİDEO
16:53 23 Oktyabr 2016
131 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi Hadisə yenidən Bakının qonağı olacaq.

Publika.az xəbər verir ki, müğənni bu haqda "O səs Türkiyə" proqramında məlumat verib.

Azərbaycanlı iştirakçı Zülfü Əsədovu onu seçməsi üçün razı salmağa çalışan müğənni deyib: "Yeni il gecəsi Bakıda konsert proqramı ilə çıxış edəcəyəm. Əgər məni seçsən, səninlə birlikdə gedib, Türkiyəyə birlikdə dönərik. Hətta konsertdə mənimlə birlikdə çıxış edərsən".

Qeyd edək ki, azərbaycanlı iştirakçı Hadisənin təklifini qəbul etməyib. O, Hakan-Gökhan qardaşlarını seçib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/173219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR