Sinqapurda məhkəmə bildirişləri "WhatsApp"la göndəriləcək

Sinqapurda məhkəmə bildirişləri "WhatsApp"la göndəriləcək
16:57 23 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Sinqapurda məhkəmə mülki iddialar üzrə məhkəmə bildirişlərini "WhatsApp" messenceri vasitəsilə göndərməyə icazə verib.

Milli.Az ictnews.az-a istinadən xəbər verir ki, bu yaxınlarda "R&D Pharmaceuticals" şirkətinin borc haqqında xüsusi şəxsə qarşı iddiası ilə əlaqədar belə hadisə qeydə alınıb.

Müqəssir Tan Çonq Min tərəfindən göstərilmiş ünvana dəfələrlə bildiriş göndərilsə də, heç bir nəticə əldə edilməyib, bundan sonra məhkəmə bildirişini "WhatsApp" vasitəsilə göndərməyə qərar veriblər.

Cari ilin mayında Sinqapur Ali Məhkəməsi mülki iddialar üzrə sənədləri elektron poçtun köməyi ilə göndərməyə icazə verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR