İran prezidenti ABŞ prezidentliyinə namizədlərdən danışdı

İran prezidenti ABŞ prezidentliyinə namizədlərdən danışdı
17:14 23 Oktyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani ABŞ prezidentliyinə namizədlərə münasibətini açıqlayıb.

 

APA-nın TASSA agentliyinə istinadən verdiyi məlumata görə, H. Ruhani deyib ki, Donald Tramp vəHillari Klinton arasında seçim etmək pis və daha pis arasında seçim etməkdir.

 

D. Tramp və H. Klinton arasında debatlara münasibət bildirən H. Ruhani qeyd edib ki, 200 ildir ki, demokratiyanın olduğu ABŞ-da əxlaq çatışmır: “Prezidentliyə namizədlərin debatını müşahidə etməklə buna əmin olmaq olar. Biz onların bir-birinə istehzalarını və bir-birini ələ saldıqlarını görürük. Belə görünür ki, bu, amerikasayağı demokratiyadır. İran üçün belə demokratiya və seçki məqbul deyil. Bir müddət əvvəl BMT Baş Assambleyasının sessiyasında ölkələrdən birinin lideri məndən soruşdu ki, ABŞ-da prezidentliyə namizədlərdən hansına üstünlük verirsiniz. Mən də dedim ki,  pis və daha pis arasında seçim etmək çətindir”.

 

Qeyd edək ki, noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləc


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR