Məşhur “Airbus” şirkəti uçan maşının görüntülərini yayıb.
Publika.az xəbər verir ki, şirkət sözügedən modelin “Siti Airbus” adlandığını açıqlayıb. Müştərilər “Siti Airbus”u telefon vasitəsi ilə sifariş edə biləcəklər. Uçan taksinin 2030-cu ildə istifadəyə verilməsi gözlənilir.
Şirkət uçan taksini ilk mərhələdə pilotların idarə edəcəyini açıqlayıb.
Daha sonra icazə veriləcəyi təqdirdə bu modelin sürücüsüz idarə olunan versiyası yaradılacaq. (avtosfer.az)