Bürcə görə gəlinlik seçimi (FOTO)

16:51 5 Yanvar 2015
2121 Sosial
Ölkə mətbuatı
A- A+

Gəlinliklərin bürcə görə fərqləndiklərini bilirsiniz? ANS PRESS hər bir bürcə xas gəlinlik modelləri ilə oxucularını tanış edir.

Qoç bürcü
Qoçlar hamının xəyalını qurduğu ağ gəlinlik xəyalından uzaqdırlar. Onlar yenilikçi və modern tərzi sevirlər. Seksuallıqlarını gəlinliklərində də əks etdirmək istəyirlər. Əsasən geyimin üst hissəsi daha nəzərə çarpan olur. Boyun qismində inci, güpür kimi detalları sevirlər. Saçlardakı bir tük, fərqli tac və ya tüllə obrazlarını həm fərqli, həm də cazibədar edə bilərlər.

Buğa
Ənənəvi cizgilər buğalar üçün önəmlidir. İpək,şifon, orqanza parçalar seçimlər arasında ən çox üstünlük verdikləridir. Sadə toxunuşlu, qolsuz, dekolte gəlinliklər onlar üçün idealdır. Gəlinlik seçimlərində bej, bürünc, karamel rənglərini seçə bilərlər. Fata seçimlərini isə çox vaxt gümürlü tüllərdən yana istifadə edirlər.

Əkizlər
Eqzotik təcrübələr, drap gəlinliklər onları xoşbəxt edə bilər. Rahatlıq onlar üçün ön plandadır. Qollar, çiyin, sinə hissəsi çox qapalı olmamlıdır. Onlar güpür və ya şifondan olan əlcəklərlə rahatlıqlarına şıqlıq qata bilərlər. Şiş ətəkli, incə çiyni olan, mini donlar və fatalar əsl onların malıdır. Seçimləri isə çox zaman ağ və bej rənglərdən olur.

Xərçəng bürcü
Qabarıq ətəkli, şahzadə gəlinləri onlar üçündür. Gəlinliyin üst hissəsi daşlar və ya kristallarla bəzədilir. Güpür geyimlərdə düz kəsimli sinəsi olan geyimlər xərçəng bürcündən olan qadınlra daha çox yaraşır. Balıq formalı geyimlərdən uzaq dursalar yaxşıdır. Onlar gəlinlik, saçlarında və ya aksesuarlarında mirvari detallardan istifadəyə üstünlük verirlər.

Şir bürcü
Yeniliyi sevirlər. Cəsur rənglər və modellər onları xoşbəxt edə bilər. Orqanza, sətin parça onların tərzi üçün idealdır. Yuxarı hissəsi daşlı, pullu, kristallarla bəzədilən gəlinliklər onlar üçündür. Şir bürcündən olnaları sadə geyimlərdə görə bilmərsiniz.
Saçları dağınıq olsa da aksesuarlara böyük önəm verirlər. Taclar, bəzəkli saç sancaqları onların sevimliləri siyahısındadır.

Qız
Qızlar nostalji hisslərlə yaşamağı sevirlər. Klassik görünüşlü gəlinlik əsl onlar üçündür. Quryruqlu geyimləri bu bürcdən olan qadınların əynində tez-tez görmək mümkündür.
Ağ və krem rəngin tonları onların bütün gözəlliklərini ortaya çıxara bilər. Çox qabarıq və şiş geyimlərə üstünlük vermirlər. Qızlar gəlin olanda belə çox diqqət çəkmək istəmirlər.

Tərəzi bürcü
Modanı həyat fəlsəfəsi edən tərəzilər rahatlıq və gözəlliklərini təmin edəcək modellərin axtarışında olurlar.Güpür, sətin,oqranza parçaları, əl işlərini daha çox bəyənirlər. Tərəzi bürcündən olan qadınlar adətən bel dekoltelərini ortaya çıxarmağa, aşağı hissəsi daralan gəlinliklərə meyilli olur. Geyimdə rəng oyunları, parlaq daşlar onları daha cazibədar edə bilər.

Əqrəb
Əqrəblər gəlinlik seçimində iddialı modelləri sevirlər. Sekual korsetlər, dekoltelər onlar üçündür. Seçimləri çox zaman iki hissəli gəlinliklərdən yana olur. Onların gəlinliklərində yarıq (razrez) görsəniz təəccüblənməyin.

Oxatan
Oxatan qadınlar rahatlıqlarını çox sevirlər. Sadə və rahat geyimlər gün ərzində onların rahat hərəkətinə kömək edəcək. Straplez donlar, şalvarlı gəlinliklər kimi maraqlı modelləri sınamaqdan çəkinmirlər.

Oğlaq
Klassik, konkret kəsimi olan,qabarıq ətəkli, güpürlü qollar. Bu əsl oğlaq modelidir.
Fildişi və ya bej rəng üstünlük verdiyi rənglər arasındadır. Saç düzümü və aksesuarlarda da klassikadan faydalanırlar.

Dolça
Həyatlarındakı hər şeyi fərqli etməyi sevirlər. Dəbdəbəli, qabarıq, qat-qat gəlinliklər xoşlarına gəlir. Asimetrik, geometrik kəsimli donlar diqqətlərini daha tez cəlb edir.

Balıq
Romantikləri ilə seçilən balıqlar şahzadə kimi görünməyi sevirlər. Üstü çiçəklərlər, bantlarla, tüllərlə bəzədilən gəlinliklər onlar üçün nəzərdə tutulan modellərdəndir.











RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR