Rusiya XİN-nin saytına hücum edildi

Rusiya XİN-nin saytına hücum edildi
18:12 23 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına haker hücumu olduğu təsdiqlənib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya Xarici İşlər Nazirliyinin saytına haker hücumu olub, hazırda mütəxəssislər haker hücumu ilə bağlı araşdırma aparır.

M.Zaxarova haker hücumunun saytın fəaliyyətini dayandırmasına səbəb olmadığını, hazırda saytın normal fəaliyyət göstərdiyini də qeyd edib.

Qeyd edək ki, bu gün Rusiya XİN-nin saytına haker hücumu olması barədə xəbər yayılıb. Bəzi KİV-lər bunun cümə günü məşhur ABŞ saytlarına haker hücuma cavab olaraq amerikalı hakerlər tərəfindən cavab aksiyası kimi dəyərləndiriblər. Çünki ABŞ rəsmiləri dəfələrlə Rusiyanı haker hücumlar təşkil etməkdə ittiham edib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR